Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli olacaq22-02-2018, 10:29
Çap et Apasport.az saytının məlumatına görə, artıq 1/8 finala yüksələn ilk komanda bəllidir. Belə ki, doğma meydanda “Srvena Zvezda”ya 1:0 hesabı ilə qalib gələn Moskva MOİK-i adını növbəti mərhələyə yazdırıb. Bu gün isə daha 15 cütlükdə qaliblərin adına aydınlıq gələcək. Səfərdən 3:2 hesablı qələbə ilə dönən “Lokomotiv” “Nitsa”nı qəbul edəcək. Çempionlar Liqasında bu mövsüm müxtəlif vaxtlarda “Qarabağ”la oynamış komandaların duelində isə “Atletiko” 4:1-in revanşında “Kopenhagen”i sınağa çəkəcək. “Leypziq” – “Napoli”, “Vilyareal” – “Lion” və “Zenit” – “Seltik” görüşləri də maraqla gözlənilir. Almaniyada “Borussiya”ya 2:3 hesabı ilə uduzan “Atalanta” doğma azarkeşləri önündə qələbə axtarışında olacaq. Avropa Liqası 1/16 final (cavab oyunları) 22 fevral 20:00. “Lokomotiv” – “Nitsa” İlk oyun: 3:2 22:00. “Atletiko” – “Kopenhagen” İlk oyun: 4:1 22:00. “Dinamo” (Kiyev) – AEK İlk oyun: 1:1 22:00. “Latsio” – “Styaua” İlk oyun: 0:1 22:00. “Viktoriya” – “Partizan” İlk oyun: 1:1 22:00. “Leypziq” – “Napoli” İlk oyun: 3:1 22:00. “Sportinq” – “Astana” İlk oyun: 3:1 22:00. “Vilyareal” – “Lion” İlk oyun: 1:3 22:00. “Zenit” – “Seltik” İlk oyun: 0:1 23 fevral 00:05. “Milan” – “Ludoqorets” İlk oyun: 3:0 00:05. “Arsenal” – “Ostersunds” İlk oyun: 3:0 00:05. “Atalanta” – “Borussiya D.” İlk oyun: 2:3 00:05. “Atletik” – “Spartak” İlk oyun: 3:1 00:05. “Braqa” – “Marsel” İlk oyun: 0:3 00:05. “Salzburq” – “Real Sosyedad” İlk oyun: 2:2 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
