Bu gün “Qarabağ”-“Vorskla” qarşılaşması olacaq25-10-2018, 09:49
Çap et Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Roi Raynşrayber olacaq. Danni Krasiku və David Elias Bitton yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Alon Yefet ilə Daniel Bar Natan əlavə köməkçi, Amihay Yehoşua Mozes isə dördüncü hakim olacaq. Qarşılaşmanın hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə polşalı Kazimirj Olesjekdir. "Qarabağ” ilk turda səfərdə "Sportinq”ə 0:2, növbəti görüşdə Bakı Olimpiya Stadionunda "Arsenal”a 0:3 hesabı ilə məğlub olub. Qeyd edək ki, görüş Bakı Olimpiya Stadionunda saat 20:55-də başlayacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
