Demo Sayt » idman » “Qarabağ” vacib oyuna çıxır


“Qarabağ” vacib oyuna çıxır

29-11-2018, 11:02
Çap et
“Qarabağ” vacib oyuna çıxır Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.
E qrupunda mübarizə aparan təmsilçimiz "Qarabağ” Bakıda "Sportinq”i qəbul edəcək. Səfərdə keçirilən görüşdə "Sportinq" 2:0 hesabı ilə qalib gəlmişdi.
Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq. Oyunu Çexiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, qrupun digər oyununda Ukraynanın "Vorskla” klubu İngiltərə "Arsenal”ını qəbul edəcək.
Reytinq: