AFFA futbolçuları cəzalandırdı, klubları cərimələdi26-12-2018, 10:52
Çap et İclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib. Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan "Sumqayıt” – "Neftçi” matçında "Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində "Sumqayıt"ın futbolçusu Arif Daşdəmirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan "Sabah” – "Qəbələ” matçında "Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində "Sabah”ın futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan "Keşlə” – "Qarabağ” matçında "Qarabağ”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində "Qarabağ”ın futbolçusu Yakub Jezniçak ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra "Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
