Kepa Arrisabalaqa: “Bakıya titul üçün gedəcəyik”10-05-2019, 10:14
Çap et Bunu İngiltərənin "Çelsi” klubunun futbolçusu Kepa Arrisabalaqa deyib. Qapıçı Avropa Liqasının yarımfinal mərhələsinin "Ayntraxt”la (Almaniya) cavab oyunu barədə fikirlərini bildirib. K.Arrisabalaqa mayın 29-da Bakıda keçiriləcək final matçında kuboku qazanmaq arzusunda olduqlarını vurğulayıb: "Hər iki oyun ağır oldu. "Ayntraxt” çox yaxşı, çox güclü komandadır. İndi biz xoşbəxtik, Bakıdakı finala yüksəldiyimizə sevinirik. Finalda London derbisi olacaq. Bu, çox qeyri-adidir. Həmin matçda hər şey ola bilər. Matça lazımi səviyyədə hazırlaşacağıq. Bakıya titul üçün gedəcəyik”. Qeyd edək ki, "Çelsi” hər iki oyunu 1:1 hesabı ilə başa çatan dueldə penaltilər seriyası ilə qələbə qazanıb – 4:3. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
