Efiopiyalı idmançı 10 min metrə qaçış üzrə dünya rekorduna imza atıb9-06-2021, 06:25
Çap et 23 yaşlı L.Qidey 10 min metr məsafəni 29 dəqiqə 1,3 saniyəyə qət edib və iyunun 5-i Niderland idmançısı Sifan Hassanın təyin etdiyi rekordu qırıb. Efiopiyalı idmançı qeyd edib ki, dünya rekorduna imza atmaq niyyətində idi: "Dünya rekorduna imza atacağıma ümid edirdim. Əlbəttə, növbəti dəfə rekordumu qırmağa çalışacağam". Qeyd edək ki, LQideyin 23 yaşı var, o Dünya çempionatının gümüş medalçısıdır. Efiopiya idmançısının Dünya Kros Çempionatlarında beş qızıl və bir gümüş medalı var. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
