Azərbaycan çempionatı 6 komanda ilə keçiriləcək18-10-2016, 12:05
Çap et Kişi voleybolçular arasında Azərbaycan çempionatında iştirakçı komandaların sayı və başlama tarixi dəqiqləşib. Yarışda 6 klub gücünü yoxlayacaq.Bunlar “Neftçi”, “Nəqliyyatçı”, “Naxçıvan”, “Sumqayıt”, “Lokomotiv” və MOİK-di. İlk 2 klubda əsasən yığmamızın üzvləri cəmləşəcəksə, digərlərində əsasən gənclərə üstünlük veriləcək. Əgər “Lokomotiv” yeni yaranıbsa, MOİK də uzun fasilədən sonra çempionata qayıdıb. 2016/2017 mövsümünün startı isə noyabrın 3-də veriləcək. Dairəvi sistemlə keçiriləcək yarışın ilk dövrəsi Naxçıvanda olacaq. Burda Olimpiya İdman Kompleksində baş tutacaq oyunlar noyabrın 7-dək davam edəcək. Növbəti 2 dövrənin isə dekabr və fevral aylarında keçirilməsi nəzərdə tutulub. Yekunda ilk “dörd”lük yarımfinalda oynayacaq. Bu mərhələ martda olacaq. Final isə apreldə baş tutacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Kişi voleybolçular arasında Azərbaycan çempionatında iştirakçı komandaların sayı və başlama tarixi dəqiqləşib. Yarışda 6 klub gücünü yoxlayacaq.