İngiltərə millisinin yeni baş məşqçisi müəyyənləşib16-11-2016, 09:50
Çap et Sem Ellardaysın istefasından sonra müvəqqəti olaraq bu vəzifəyə gətirilən Sautqeytin rəhbərliyi altında komanda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şotlandiya üzərində böyükhesablı (3:0) qələbə qazanıb. Bundan sonra yerli assosiasiya Sautqeytlə müqavilə imzalamaq qərarına gəlib. Nəticədə 46 yaşlı mütəxəssis yeni komandası ilə 4 illik sazişə qol çəkib. İllik məvacibi 1,5 milyon funt-sterlinq təşkil edəcək gənc mütəxəssisin müqaviləsində yer alan bəndə görə, uğursuz çıxış təqdirində assosiasiya DÇ-2018-dən sonra anlaşmaya xitam vermək hüququna malik olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
