Demo Sayt » idman » 2026-cı ildə futbol üzrə dünya çempionatının final mərhələsi üç ölkədə keçirilə bilər


2026-cı ildə futbol üzrə dünya çempionatının final mərhələsi üç ölkədə keçirilə bilər

30-12-2016, 11:15
Çap et
2026-cı ildə futbol üzrə dünya çempionatının final mərhələsi üç ölkədə keçirilə bilər 2026-cı ildə futbol üzrə dünya çempionatının final mərhələsi üç ölkədə keçirilə bilər.
Bunu Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi ölkələrinin Futbol Konfederasiyasının (KONKAKAF) prezidenti Viktor Montalyani açıqlayıb.
O bildirib ki, ABŞ, Kanada və Meksika mundialın birgə təşkili üçün müraciət edəcək. Montalyani iştirakçıların sayının 48-ə qaldırılmasının bir ölkənin təşkilatçılığını mümkünsüzə çevirəcəyindən belə addım atılacağını da vurğulayıb. Qurumun başçısı turnirin KONKAKAF zonasında təşkilinə ümidvar olduğunu da bildirib.
Qeyd edək ki, FIFA 2026-cı ildən mundialın final mərhələsinin iştirakçı sayını 48-ə yüksəltmək niyyətindədir.
Reytinq: