Heqiqet.Az » dunya » Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 195 nəfərə çatıb


Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 195 nəfərə çatıb

23-02-2022, 06:02
Çap et
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 195 nəfərə çatıb Braziliyanın Petropolis şəhərində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlar nəticəsində ölənlərin sayı 195 nəfərə çatıb.
Bu barədə "Globo" televiziya kanalı xilasetmə xidmətlərinə istinadən bildirib.
69 nəfər itkin düşmüş hesab olunur. Ölənlərdən ən azı 33 nəfəri uşaq və yeniyetmələrdir. Xilasetmə və axtarış əməliyyatı səkkizinci gündür ki, davam edir. Güclü külək və yağışla axtarışları çətinləşdirir.
Reytinq: