Demo Sayt » iqtisadiyyat » Azərbaycandan aparılan 16 ton pomidor Rusiyaya buraxılmadı


Azərbaycandan aparılan 16 ton pomidor Rusiyaya buraxılmadı

28-03-2017, 09:55
Çap et
Azərbaycandan aparılan 16 ton pomidor Rusiyaya buraxılmadı Rusiya Kənd Təsərrüfatı Mallarına Nəzarət İdarəsinin ("Rosselxoznadzor”) mütəxəssisləri Dağıstanın Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan Rusiyaya aparılan 16,2 ton pomidoru saxlayıblar.
Bu barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib.
Malın Rusiyaya buraxılmamasına səbəb məhsulda zərərli karantin obyekti - Cənubi Amerika tomat güvəsinin (TutaabsolutaPovolny) aşkar edilməsi olub.
Yükün sahibi karantin məhsulunun idxalı və ixracı qaydalarını pozduğuna görə Rusiya Federasiyasının müvafiq qanunvericiliyinin tələblərininə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilib.
Reytinq: