Demo Sayt » iqtisadiyyat » Nazir: "Neftin qiyməti 50-55 dollar ətrafında sabitləşəcək"


Nazir: "Neftin qiyməti 50-55 dollar ətrafında sabitləşəcək"

13-12-2016, 15:19
Çap et
Nazir: "Neftin qiyməti 50-55 dollar ətrafında sabitləşəcək" "Neftin qiyməti 50-55 dollar ətrafında sabitləşəcək". Bunu İranın neft naziri Bijan Namdar Zənganə bildirib.
Onun sözlərinə görə, OPEC və qeyri-OPEC üzvlərinin neftin hasilatı ilə bağlı əldə etdiyi razılaşma bazarda reaksiya yaradacaq: "Baş verənlər onu göstərir ki, neftin qiyməti artacaq. Konkret rəqəm proqnozlaşdırmaq çətindir, amma mən deyərdim ki, neftin qiyməti 50-55 dollar səviyyəsində müəyyən olunacaq".
OPEC və qeyri-OPEC ölkələri ötən həftə 2001-ci ildən bu yana ilk dəfə olaraq neftin hasilatının azaldılması ilə bağlı razılaşma əldə ediblər.
Reytinq: