Bunu da kəşf etdilər - ƏRİMƏYƏN DONDURMA10-08-2017, 10:52
Çap et Yapon tədqiqatçılar təsadüfən, əriməyən dondurma hazırlamağın yolunu tapıblar. Kanazava şəhərində fəaliyyət göstərən bir araşdırma mərkəzinin işçiləri bu ixtiranın şans əsəri olduğunu etiraf edirlər. Onlar getdikləri bir şirniyyat mağazasında mübahisə edib və çölə çıxıblar. Mübahisə əsnasında aldıqları məhsullardakı polifenolun südlü kreminin dərhal qatılaşdığının fərqinə varıblar. Komandanın adından açıqlama verən Tomisia Ota polifenol mayesinin su və yağın ayrılmasına əngəl olan bir özəlliyə sahib olduğunu deyib. Bu səbəbdən tərkibinə polifenol maddəsi qatılan kremin formasını itirməsi və əriməsi çox uzun müddət sonra baş verir. Beləliklə, yaponlar əriməyən dondurmanı kəşf ediblər. Bununla yanaşı, yaponlar çətinlik çəkdikləri bir çox mövzuya qəribə və gülməli həll yolu tapmaqda ustadırlar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
