Demo Sayt » medeniyyet » Üzeyir Hacıbəylinin 132-ci doğum günü qeyd edilir


Üzeyir Hacıbəylinin 132-ci doğum günü qeyd edilir

19-09-2017, 16:55
Çap et
Üzeyir Hacıbəylinin 132-ci doğum günü qeyd edilir Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 132-ci doğum günü ərəfəsində respublikamızda ənənəvi musiqi tədbirləri keçirilir. Ölkəmizdə qeyd olunan Milli Musiqi günü ilə bağlı Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı və İçərişəhər Dövlət Qoruğu İdarəsinin birgə layihəsi əsasında 18 sentyabr tarixində “Musiqi Günü” adlı konsert keçirilib.
Tarixi memarlıq abidəsi olan Qız Qalasının önündə keçirilən konsertdə əməkdar kollektiv, Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı alətləri orkestri çıxış edib. Konserti kollektivin bədii rəhbəri və baş dirijoru əməkdar artist Faiq Sadıqov idarə edib.
Konsertdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Arif Məlikov, Səid Rüstəmov, Qənbər Hüseynli, Ramiz Mirişli, Elza İbrahimova və digər bəstəkarlarımızın əsərləri səsləndirilib. Konsertin gedişatında Azərbaycan Televiziyasının solistləri və Muğam Televiziya müsabiqəsinin qalibləri Günay İmamverdiyeva, Almaxanım Əhmədli, Pərviz Qasımov adı çəkilən bəstəkarlarımızın mahnılarını ifa ediblər. Konsert şəhərimizin sakinləri və eləcə d də turistlərin zövqünü oxşayıb və onların ən xoş emosiyalarına səbəb olub.
Reytinq: