Demo Sayt » medeniyyet » Beren sultan olmaq üçün 80 min lirə tələb edir


Beren sultan olmaq üçün 80 min lirə tələb edir

21-07-2015, 12:26
Çap et
Beren sultan olmaq üçün 80 min lirə tələb edir Dünyanın onlarla ölkəsində, o cümlədən Azərbaycanda da yüz minlərlə insanın izlədiyi Türkiyənin ən məşhur serialı olan "Muhteşem Yüzyıl"ın davamı kimi çəkiləcək "Muhteşem Yüzyıl - Kösem"lə bağlı anlaşılmazlıqlar indidən gündəmə gəlib.
Serialın baş rol ifaçısı kimi seçilən gənc aktrisa Beren Saatla ödəniş məbləğində razılaşma əldə edilə bilmir.
Belə ki, aktrisa seriya başına rejissorlardan 80 min lirə (təqribən 35 min manat) tələb edir.
Beren Saatla şifahi razılıq aylarla davam edən axtarışdan sonra əldə edilib.
"Kösəm sultan" rolu üçün rejissorla aktrisa arasında razılıq əldə edilə bilmədiyi üçün iş rəsmiyyətə salına bilmir. Son olaraq iki il öncə "İntiqam" adlı serialda rol alan aktrisa təklif edilən məbləğin azlığından narazıdır.
Rejissor Timur Savcı rol üçün Saata seriya başına 60 min lirə təklif edib.
Ortaq məxrəcə gələ bilməyən rejissor digər tərəfdən isə yeni aktrisa axtarışına başlayıb. O, "Kösəm" rolu üçün "Muhteşem Yüzyıl" serialında rol alan Məryəm Üzərli kimi yeni simalar axtarışındadır.
Serialda Hülya Avşar kimi məşhur müğənni də rol olacaq. O, Osmanlı sultanlarından birini- Safiyyə sultanı canlandıracaq.
Qeyd edək ki, serialın 3 mövsüm davam etməsi planlaşdırılır. İndidən 3-cü mövsümün belə oyuncularının seçimi demək olar ki, yekunlaşıb.
Artıq "Muhteşem Yüzyıl"ın texniki heyəti ilə razılıq əldə edilib. Bu təcrübə sayəsində bir seriyanın iki günə çəkilməsi planlaşdırlır.
Reytinq: