“AZADLIQ AŞİQLƏRİ GÜNÜ - 20 YANVAR” Respublika uşaq rəsm müsabiqəsinin ilk seçimi başa çatmışdır.14-01-2020, 17:52
Çap et Müsabiqəyə respublikamızın müxtəlif güşələrindən 400-ə yaxın uşaq, 600-ə qədər əsəri ilə vertual qaydada qatılmışdır. Tədbirə 210 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunmuşdur. Müsabiqədə Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi, Şamaxı ş. İncəsənət Təhsili Mərkəzi Ressamlıq şöbəsi, 4 nömrəli UİM, 2 nömrəli UGİM, Buzovna Abşeron Art Studiya, Ümman qadın və uşaq klubu, Qazax Dövlət Rəsm Qalereyası, Qax Rayon Uşaq İncəsənət Məktəbi və s. rəssamlıq dərnəkləri fəallıq göstərmişlər. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq Nəzərinizə çatdırırıq ki, iştirakçılar www.xsm.az saytında tədbirlər bölümündəki “Azadlıq aşiqləri günü -20 Yanvar” afişasına toxunmaqla və ya https://xsm.az/site/azadliqasiqlerigunu-20yanvar/ linkinə daxil olmaqla müsabiqəyə qatılmışlar. Sərgi 17 yanvar 2020-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində açılacaqdır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
