Serialda ölən aktyorun dəfni üçün yüzminlər səfərbər oldu22-04-2016, 09:15
Çap et Filmin yeni seriyasının anons kadrlarında əsərin qəhrəmanlarından biri olan Hüsnü komissarın güllə ilə ağır yaralandığı nümayiş olunur. Anonsun sonunda isə ağır yaralı komissar özündən gedir. Onun öldüyü, yoxsa sadəşə huşunu itirdiyi dəqiq bilinməsə də artıq serialın fanatları Hüsnü komissarın dəfni üçün sosial şəbəkədə səhifə açıblar. 90 mindən sox səhifə istifadəçisi komissarın dəfnində iştirak edəcəyini bəyan edib, həmçinin 50 mindən çox istifadəçi isə bu barədə düşündüyünü bildirib. “Arka sokaklar” serialı Türkiyənin özəl kanallarından birində 11 ildir nümayiş olunur. Türkiyə, Şimali Kipr və Bolqarıstanda nümayiş olunan serialın Azərbaycanda da kifayət qədər tamaşaçısı var. Serialda əsas rolları Zafer Ergin (Rza baba), Şevket Çoruh (Mesud komissar), Özgür Ozan (Hüsnü komissar), Uğur Pektaş (Murad komissar) və Alp Korkmaz (Əli komissar) canlandırır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
