Azərbaycan Cibutiyə tibbi cihazlar və xəstəxana ləvazimatı göndərəcək18-04-2017, 17:48
Çap et Azərbaycan dövləti tərəfindən Cibutiyə tibbi cihazlar və xəstəxana ləvazimatı veriləcək.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu barədə qərar Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okiehi və nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri zamanı qəbul olunub. Səhiyyə naziri Oqtay Şirəliyev Cibut səhiyyə naziri Cama Elmi Okiehi və nümayəndə heyətini qəbul edib. Görüşdə ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığının qurulması və Azərbaycan səhiyyəsinin qazandığı müsbət təcrübədən Cibutinin istifadəsi, azərbaycanlı həkimlərin bu ölkədə qısa müddətdə cərrahi əməliyyatlar aparması üzrə təkliflər verilib. Yaradılan şəraitlə yerlərdə tanışlıq üçün qonaqlar bir sıra tibb müəssisələrinə aparılıb. Onlar Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Bakı Sağlamlıq Mərkəzində olublar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan dövləti tərəfindən Cibutiyə tibbi cihazlar və xəstəxana ləvazimatı veriləcək.