Səhiyyə Nazirliyindən Binədə sobanın partlaması nəticəsində yanmış ailə üzvlərinin vəziyyəti barədə AÇIQLAMA21-02-2019, 10:36
Çap et Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 19-u saat 20:50 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi ərazisindən bir ailənin 4 üzvü yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə gətirilib. Atanın əl, ananın ayaq nahiyələrində yanıq xəsarətləri olub. Onlar vəziyyətləri yaxşı olduğuna görə evə buraxılıblar. Ailənin 1 yaşlı övladının bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri olub. Tənəffüs yolları yanan uşağın vəziyyəti xəstəxanaya gətirilərkən ağır olub. Uşaq dünən 11:20-də dünyasını dəyişib. Ailənin 2012-ci il təvəllüdlü qız övladının isə bədənin 50-55 faizi yanıb. Ona 3 a və 3 b dərəcəli yanıq diaqnozu qoyulub, uşağın vəziyyəti ağır stabildir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
