Səhiyyə Nazirliyi: Burun əməliyyatı zamanı ölən qızla bağlı araşdırma aparılmır25-08-2016, 11:47
Çap et Nazirlikdən bildirilib ki, hadisə ilə əlaqədar ya A.Orucovanın yaxınları, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə (SN) araşdırmanın aparılması üçün müraciət etməlidirlər. Lakin indiyədək nə mərhumun yaxınları, nə də hüquq-mühafizə orqanları tərəfindən SN-yə müraciət daxil olmayıb. Bu səbəbdən də SN özəl klinikdada baş vermiş bu hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır. Qeyd edək ki, vqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat edib. Araşdırma zamanı toplanmış materialda A.Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
