Uruqvayda 28 May - Respublika Günü münasibətilə qəbul keçirilib25-05-2017, 10:12
Çap et XİN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Uruqvay Hökumətinin yüksək səviyyəli nümayəndələri, Parlamentin çoxsaylı senator və deputatları, eləcə də diplomatik korpusun, akademik və biznes dairələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov Azərbaycanda müsəlman dünyasında ilk demokratik respublikanın qurulmasının tarixi əhəmiyyətindən, eləcə də son illərdə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri, həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli layihələrdən bəhs edib. Eyni zamanda, səfir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması və işğal altındakı ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışıb. Azərbaycan və Uruqvay arasındakı əlaqələrin son illərdə yüksək dinamika ilə inkişaf etdiyini vurğulayan diplomat gələcəkdə də ikitərəfli əməkdaşlığın genişlənməkdə və dərinləşməkdə davam edəcəyinə olan inamını ifadə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
