Fransalı deputat: BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirməli və Ermənistanın dinc sakinlərə hücumunu pisləməlidir7-07-2017, 12:43
Çap et Bunu fransalı deputat Raşida Dati deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə ATƏT-in Minsk qrupu və BMT Təhlükəsizlik Şurası vasitəsilə təsir göstərmək imkanı var: “ATƏT-in Minsk qrupunun bütün vasitələrindən istifadə etmək lazımdır. Bu münaqişənin başa çatması üçün biz Ermənistanı danışıqlar masasına oturmağa məcbur etməliyik”. Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
