Ekspert: Azərbaycan Fransanın ATƏT Minsk qrupundan çıxarılması məsələsini qaldırmaq hüququna malikdir19-11-2018, 13:30
Çap et Bunu müstəqil ekspert Tahir Sabitov, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın Fransaya qanunsuz səfərini şərh edərkən deyib. O bildirib ki, Qarabağ separatçısının Fransaya tez-tez baş verən səfərləri onu nümayiş etdirir ki, bu ölkə ənənəvi olaraq Ermənistanyönümlü siyasət yeridir: “Məlumdur ki, Fransada güclü erməni lobbisi mövcuddur və məhz erməni oliqarxlar bu ölkədə prezident və parlament seçkilərinə sponsorluq edir. Ermənilər Fransa dövlət orqanlarına aparıcı vəzifələr tutur və ölkə daxilində müəyyən təsir rıçaqına malikdir. Fransa Prezidentinin regiona son səfəri zamanı Ermənistana getməsi, lakin Azərbaycana səfər etməməsi ikili standartlar siyasətinin göstəricisidir. Fransa ATƏT Minsk qrupunun həmsədri olaraq münaqişə tərəfləri arasında balansı qorumalıdır”. Ekspert əlavə edib ki, faktiki olaraq işğalçı ölkəni dəstəkləməklə Fransa məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olan təşkilatda beynəlxalq vasitəçi kimi mövcudluğunu sual altında qoyur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
