Rusiyada yaşayan azərbaycanlıların DİQQƏTİNƏ: 5 gün ardıcıl...16-04-2020, 14:57
Çap et Bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, Samur keçid məntəqəsində toplaşan azərbaycanlıların sosial mediada yayılan görüntüləri qəbuledilməzdir: "Rusiyada müvəqqəti əsasda yaşayan vətəndaşlarımızın ölkəyə gətirilməsi və geri qaytarılmasını növbəli şəkildə həyata keçirmək üçün portal yaradılıb. Bu portalın adı " Evə gedirəm" portalıdır. Rusiyada yaşayan vətəndaşlarımız bu portaldan qeydiyyatdan keşməlidir. Portal avtomatik olaraq onları sıralayacaq və Azərbaycandakı vəziyyət nəzərə alınaraq onlar ölkəmizə gətiriləcəklər. Portal yaxın günlərdə fəaliyyətə başlayacaq və 5 gün ardıcıl işləyəcək. Daha sonra işinə fasilə veriləcək və informasiya emal olunacaq. 550-yə yaxın Azərbaycan vətəndaşı Rusiyadakı rəsmi qurumlarımıza müraciəti qeydə alınıb. Həmin müraciətlər də onlayn portala yerləşdiriləcək. Rusiyada yaşayan vətəndaşlarımızın fərdi şəkildə sərhəd-keçid məntəqələrinə gəlməsinə ehtiyac yoxdur. Onlar növbəlilik prinsipində vətənə qayıtması təmin olunacaq". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
