İNDONEZİYANIN AZƏRBAYCANDAKI MÜVƏQQƏTİ İŞLƏR VƏKİLİ MİLLİ MƏCLİSDƏ OLDU9-10-2020, 06:51
Çap et Qonağı Milli MəclisinMədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva salamladı və ona ölkəmizdəki fəaliyyətində uğurlar arzuladı. Azərbaycanın çox gərgin bir tarixi prosesdən keçdiyini qonağın diqqətinə çatdıran komitə sədri ona cəbhə xəttindəki son vəziyyətlə bağlı ətraflı məlumat verdi. Cari ilin iyul ayında parlamentdə Qənirə Paşayevanın təmsil etdiyi Azərbaycanın Tovuz bölgəsinin işğalçı Ermənistanın fasiləsiz hücumlarına məruz qaldığı, yüzlərlə mülki obyekt və fərdi evlərin dağıdıldığı, insan tələfatı və xəsarət alanlar barədə qonağa ətraflı məlumat verildi. Qeyd olundu ki, Ermənistanın sentyabrın 27-də təzədən Azərbaycan ərazilərini intensiv şəkildə ağır artilleriya atəşinə məruz qoyması xalqımızın illərdir sülh gözləntiləri ilə yanaşdığı səbr kasasını daşırdı. Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan artıq hərb yolundan başqa çıxış yolunun olmadığını xalqa bəyan etdi. Bütün cəbhə boyu sürətli əks-hücuma başlanıldı. Qənirə Paşayeva söhbətində bildirdi ki, 30 ildən artıqdır ki, Ermənistantorpaqlarımıza təcavüz edib. Nəticədə bir milyondan artıq soydaşımız öz dədə-babayurdlarından didərgin düşüb, 20 faiz torpaqlarımız işğal altındadır. İşğalçı dövlət uzun illərdir Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı nə BMT-nin 4 qətnaməsinə, nə də digər beynəlxalq təşkilatların tələb və tövsiyələrinə məhəl qoymur. Heç vaxt sülh danışıqlarına tərəfdar olduğunu nümayış etdirməyib. İşğal nəticəsində Azərbaycan iqtisadiyyatına, kənd təsərrüfatına külli miqdarda ziyan dəyib. Hal-hazırda da Ermənistan cəbhə xəttindən çox kənarda yerləşən Mingəçevir, Gəncə kimi böyük şəhərlərimizi, Ağcabədi, Beyləqan, Bərdə, Xızı və Abşeron rayonlarını intensiv şəkildə raket zərbələrinə tutur. Bu məqamda dost ölkələrin dəstəyinə də böyük ehtiyacımız var. Çünki Ermənistan bu müddət ərzində müsəlman dünyasına da böyük mənəvi zərərlər vurub. İşğal etdiyi ərazilərdə yüzlərlə mədəni-tarixi abidələrimizi dağıdıb, məscidlərimizi və müqəddəs ziyarətgahlarımızı təhqir edib. Qənirə Paşayeva İndoneziyanın İslam Konfransı Təşkilatının üzvü olan bir müsəlman ölkəsi kimi bu tarixi ədalətsizliyə susqunluqla yanaşmayacağınaümidvar olduğunu bildirdi. Görüşdə iştirak edən millət vəkilləri Aydın Hüseynov və İlham Məmmədov qonağa cəbhə xəttində baş verən son hadisələr, Ermənistanın torpaqlarımızda apardığı işğalçılıq siyasəti və ekoloji terror fəaliyyəti barədə danışdılar. Deputatlarımızcoğrafi və dini əqidə baxımından yaxınlığımız olan dost İndoneziyanın Azərbaycanın haqq səsinə səs verəcəyinə, ölkəmizin ədalətli mövqeyini dəstəkləyəcəyinə dair istəklərini dilə gətirdilər. Görüş üçün minnətdarlığını bildirən İngan Malem İndoneziyanın Azərbaycanda baş verənləri yaxından izlədiyini dedi. Xalqlarımız arasındakı mənəvi yaxınlıqdandanışan qonaq Dağlıq Qarabağda baş verən hadisələrdən narahatlıqlarınıbildirdi. O, mülki əhalinin öldürülməsinin, cəbhə xəttindən kənarda olan infrastrukturun, evlərin dağıdılmasının çox üzücü olduğunu, müharibə qanunları çərçivəsinə sığmadığınıdedi. Qonaq qeyd etdi ki, onun xalqı bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. O, görüşdə müzakirə olunanlarıİndoneziya rəsmilərinəçatdıracağını söylədi. İngan Malem İndoneziya Nümayəndələr Palatası ilə Azərbaycan parlamenti üzvləri arasında görüşlərinvə qarşılıqlı səfərlərin intensivləşdirilməsininmünasibətlərimizin gələcək inkişafı baxımından faydalı ola biləcəyini diqqətə çatdırdı. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
