Həyatımız təhlükədə - Problemli piyada zolaqlarına görə - VİDEO12-05-2017, 13:33
Çap et ARB 24 xəbər verir ki, çünki bu zolaqların ömrü bir aydan çox çəkmir. Piyada zolaqlarının vaxtından tez köhnəlməsi sürücü-piyada münasibətlərində anlaşılmazlığa səbəb olur. Bu da öz növbəsində yol hərəkətinin təhlükəsizliyinə maneə yaradır. Çox vaxt isə bədbəxt hadisələrlə nəticələnir. Ekspert Elməddin Muradlının fikrincə, piyada zolaqlarının çəkilməsində keyfiyyətsiz boyalardan istifadə edilir: "Sürücü "zebra"nı görməlidir ki, piyadaya yol versin. Nişan olmayanda çətinlik olur. Hər bir sürücü şəhərin hər yerini əzbər tanımır ki, keçidləri bilsin. "Zebra"ları boyayarkən işıqqaytarıcı boyalardan istifadə olunmalıdır. Zolaqları keyfiyyətli boyalarla çəkmək lazımdır". Qanunvericiliyin tələbinə görə isə həmin boyaların tərkibində işıqqaytarıcı effekt olmalıdır. Bu sahədə dünya təcrübəsindən də yararlanmaq olar. Daha müasir və kreativ üsullar tətbiq etməklə də yol hərəkətinin təhlükəsizliyini təmin etmək mümkündür. Artıq Ukrayna, Gürcüstan bu üsullardan faydalananlar sırasındadır. Ümid edirik ki, belə kreativ ideyaları ölkəmizdə görmək bizə də nəsib olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
