Doqquz ayda Azərbaycanda doğumun sayı 107 mini, nikahın sayı isə 47 mini ötüb22-11-2019, 06:12
Çap et Bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib. O bildirib ki, həmçinin, qeydiyyat orqanlarında 226500-dən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, doğumun sayı 107 mini, nikahın sayı isə 47 mini ötüb: "Ölkə başçısının təşəbbüsü ilə yaradılaraq dünyada Azərbaycan brendi kimi məşhurlaşan və bu günədək 34 milyona yaxın müraciətlə bağlı insanların faydalandığı ASAN xidmət mərkəzlərində bu ilin 9 ayında verilən 3,2 milyona yaxın sənədlərin 45%-i məhz həmin mərkəzlərdə fəaliyyət göstərən notariat və qeydiyyat orqanlarının payına düşüb. Eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq nazirlik tərəfindən 9 ayda 145 qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4500-ə, mətbu nəşrlərin sayı isə 5300-ə çatıb". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
