“Qadınların hüquq mədəniyyətinin formalaşmasına və inkişafına dair maarifləndirilmənin mətbuatda və sosial mediada təbliği “18-11-2016, 18:43
Çap et 18 Noyabr 2016 –cı ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəy ilə Müasir Qadın və Cəmiyyət İctimai Birliyi Regionlarda “Qadınların hüquq mədəniyyətinin formalaşmasına və inkişafına dair maarifləndirilmənin mətbuatda və sosial mediada təbliği“ adlı layihə həyata keçirir. Layihənin məqsədi qadınlara hüquq mədəniyyətinin formalaşmasına dair maarifləndirmə aparmaq və hüquq mədəniyyəti anlayışlarıının aşılanması və təbliğinə dəstək olmaqdan ibarətdir. Layihə 3 rayonda Qobustan, İsmayıllı , Şamaxı rayonlarında keçiriləcəkdir. Layihə çərçivəsində seminarlardan əlavə “Hüquq mədəniyyətimiz“ adlı flashmob və rəsm sərgisi keçiriləcəkdir. 18 noyabr 2016–cı il tarixində Qobustan rayonunu Gənclər Mərkəzində “Qadınların hüquq mədəniyyətinin formalaşması və inkişafı” adlı Seminar keçirildi. Seminarı təşkilatın rəhbəri Fidan Maqsudova açaraq layihənin əhəmiyyətindən və hüquq mədəniyyətinin insanlar üçün nə qədər önəmli olduğundan danışaraq qeyd etdi ki : Hüquqi mədəniyyət - hüquqi dövlətdə hüquqi qaydaların möhkəmləndirilməsinə, vətəndaşlarda qayda-qanunlara əməl etmək vərdişi aşılamağa xidmət edir, insanları da qanunların aliliyinə riayət etmək ruhunda tərbiyələndirir. Qanunvericilikdə öz əksini tapmış məsələlər nə qədər məntiqli və əsaslı olsa da, çox vaxt praktikada tətbiq olunmur və hiss olunmadan dondurulur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
