Şəhid Çingiz Qurbanovun atası: Dövlət başçımızın əmri ilə silah götürməyə hazıram6-02-2017, 11:06
Çap et Bunu şəhid olmuş əsgər Çingiz Qurbanovun atası Salman Qurbanov hərbçimizlə vida mərasimində deyib. Şəhid atası bildirib: "Oğlumun dövlət sərhədimizi pozmaq istəyən erməni kəşfiyyat-diversiya qrupu ilə döyüşdə şəhid olmasından 40 gün keçir. Cənab nazir, Sizə minnətdarlığımı bildirirəm və Ali Baş Komandana minnətdarlığımı çatdırmağınızı xahiş edirəm. Mən bir valideyn kimi Sizi əmin edirəm ki, dövlət başçımızın əmri ilə silah götürməyə hazıram! Allah şəhidlərimizə rəhmət eləsin!" Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb. Şəhid Ç.Qurbanovun nəşi Qusarda Şəhidlər xiyabanında dəfn olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
