Demo Sayt » sou » Beren Saatı yenə tənqid etdilər- Bu dəfə yazmadığı üçün


Beren Saatı yenə tənqid etdilər- Bu dəfə yazmadığı üçün

4-08-2015, 16:34
Çap et
Beren Saatı yenə tənqid etdilər- Bu dəfə yazmadığı üçün İctimai hadisələrə sosial şəbəkələrdə sərt reaksiya göstərən Beren Saat son günlər ölkədə baş verən terror hücumlarına münasibət bildirmədiyi üçün tənqid hədəfinə çevrilib.
5 həftədir ki, paylaşım etməyən aktrisa səssizliyini ABŞ-dan paylaşdığı tətil fotosu ilə pozub.
Həyat yoldaşı Kenan Doğulu ilə evlilik ildönümünü qeyd etmək üçün Los Ancelesə gedən aktrisanın baş verən hadisələr zamanı səssiz qalması, sonda isə tətildən şəkil paylaşması izləyicilərini qəzəbləndirib.
Qeyd edək ki, bir müddət öncə Beren Saatın siyasi paylaşımlarına sərt reaksiya göstərən qayınanası Serpil Doğulu "Sənin paylaşımların oğlum da daxil olmaqla, bütün ailəmizə zərər verir" deyərək gəlininə xəbərdarlıq etmişdi. Bu hadisə ailədə gərginliyə səbəb olmuşdu.
Reytinq: