42800 abituriyent cavab gözləyir - ƏLAVƏ VAXT DA BAŞA ÇATDI11-08-2017, 13:26
Çap et İyulun 29-da başlayan 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I–IV) üzrə ixtisas seçimi dünən saat 23:59-da yekunlaşmalı olsa da bu gün səhər 09:30-a kimi uzadılıb. Məlumata görə, I-V qruplar üzrə ümumilikdə 42800 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. I-IV qruplar üzrə 37469 nəfər Azərbaycan, 3807 nəfər isə Rus bölməsinin abituriyentləridir. V qrup üzrə isə ümumilikdə 1524 elektron ərizəsini təsdiq edib. Onlardan 1308 nəfər Azərbaycan, 216 nəfər isə Rus bölməsinin abituriyentləridir. Xatırladaq ki, ixtisas seçimi bu gün saat 09:30-da başa çatıb və qeyd olunan müddət uzadılmayacaq. Qeyd edək ki, öz ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
