Təhsil naziri yeni direktor təyin etdi22-05-2018, 09:56
Çap et Təhsil naziri Ceyhun Bayramov Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin edib.Təhsil Nazirliyindən verilən məlumata görə, təhsil naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Faiq Şaban oğlu Şahbazlı Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub. F.Şahbazlı 1955-ci il aprelin 25-də Dəvəçi (indiki Şabran) rayonunun Orta Əmirxanlı (indiki Vələsli) kəndində anadan olub. O, üç fənn proqramının, beş orta məktəb dərsliyinin, bir metodik vəsaitin, 70-dən artıq məqalənin müəllifi, “Azərbaycanın təhsil siyasəti” ikicildliyinin tərtibçisidir. Onlarca müxtəlif əsərlərə redaktorluq edib. Özbəkistanda, Türkiyədə elmi konfranslarda iştirak edib. F.Şahbazlı Azərbaycanın qabaqcıl təhsil işçisi, əməkdar müəllimidir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Təhsil naziri Ceyhun Bayramov Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin edib.