Demo Sayt » yazarlar » Kitab öyüd-nəsihət yuvası, müəllif isə tərbiyəçidir


Kitab öyüd-nəsihət yuvası, müəllif isə tərbiyəçidir

18-02-2016, 06:11
Çap et
Kitab öyüd-nəsihət yuvası, müəllif isə tərbiyəçidirKitab öyüd-nəsihət yuvası, müəllif isə tərbiyəçidir
Əvvəlki kitablarına təbrik sözü yazdığım şəxsiyyət - müəllim Babaxan Alxanlıya bir daha yeni nəşr olan “Qəlbim sirr sandığıdır” adlı şeirlər kitabına görə uğurlar arzulayıram.
Elin dəyərli ağsaqqalı, hörmətli müəllimim haqqında nə qədər xoş fikirlər yazıb söyləsəm, azdır. Həmişə öyüd nəsihətləri və hikmətli şeirləri ilə ruhumuzu oxşayan Babaxan müəllim sıxıntılı zamanlarda bizə həyan olmuşdur. Ruhumuzu, ovqatımızı incələyən qoşmaları bizləri hər vaxt nikbinliyə səsləmişdir.
Kitabın müqəddiməsində yazır ki, “Bismillah”la başlayaraq söhbətə, yazı-pozuya həvəsi olan, kitablar vərəqləyən dostum! Lap yaxşı eləyirsən, kitabla dostluq edirsən. Kitab yaxşı şeydir, oxuyan üçün. Oxu zərərin olmaz, xeyirin olar ki, beş-altı kəlmə söz öyrənərsən. Kitab nə isə öyrədir, kitab öyüd-nəsihət yuvasıdır:
Ancaq unutma ki;
Nəsihət götürməz bədəsil olan,
Bədəsil qanıdır damarda axan...

Bəli yazan isə tərbiyəçidir. Oxuduqca oxunaqlı şeirlər var. Ta məktəb illərindən bu günlərimizə qədər istər rəhbər olsun, istər müəllim, hər halda məsləhətinə ehtiyacımız olub Babaxan müəllimin. O, vəsf etdiyi qoşmalarında hər kəsin könlünü ram etmək iqtidarında olan bir şairdir. Nə etməli? “Keçən günə gün çatmaz”.
Şair demiş:
Bala, həyat sınağına hazır ol,
Qədərincə ye-iç, təki sağlam ol,
Canını qoruyan yarımcan olmaz,
Düz deyiblər: keçən günə gün çatmaz.

İbrətamiz kəlamları ilə doğulduğu Nabur kəndinin həm toyunda, həm yasında ulu söz sahibidir Babaxan müəllim.
“Təbiətin nəsihəti” adlı şeyirində yazır ki,
Əgər duysaq bizə nəsihət verər,
Meyvəli ağaclar başını əyər,
Barsızlar utanmaz, şişman dayanar.

Sözümün qənaəti olaraq deyə bilərəm ki, Babaxan Alxanlı meyvəli ağacdır - yaşaya-yaşaya yaşadır. Bar-bəhrəsi olan bizlər isə həmişə ona baş ucalığı gətiririk. Və sonda:
Bəxtiniz ucala, qalxa, enməyə,
Sevgi çırağımız yana, sönməyə,
Babaxan da gəlib təbrik etməyə,
Səbəbkar balalar, gözünüz aydın.


İlkin Əzizxanoğlu
Reytinq: