Göylər qızının poetik duyğuları23-12-2016, 19:13
Çap et Bəli, ürək bir xəzinədir. O ürək ki, şair ürəyi ola…Xalqının məhəbbətini qəlbinə sığdıra, qəlbini xalqına bağışlaya. Bütünlükdə el-oba qayğısı çəkə. Bu gün xalqına xidmət edən, sanballı poeziya nümunələri yaradan vətənpərvər yazıçı və şairlərimiz çoxdur. Belə şairlərimizdən biri İraq-Türkmən Yazarlar Birliyinin üzvü, istedadlı şairə “Göylər qız”I - Sənəm Səbayeldir. O, öz yaradıcılığının uğurları ilə böyük oxucu kütləsi qazanmışdır. Dəli könül düşə yar sorağına, Həyatıma sevgi gün tək doğula… Obrazlı şəkildə yaradılan məhəbbət şeirləri həzin, lirik duyğularıdı şairənin. Duyğu selində özünü həyatın axarına buraxan şairə qəmli notlara köklənən şeirlərə də müraciət edir. Şairə nəinki sevincini, hətta dərdini də sevib-əzizləyir. “Unuda bilməyəcəksən” şeirindən nümunə; Mənə pay verdiyin gizli dərdimlə, Bəlkə də dünyanı tərk edəcəyəm. .. Və yaxud “Deyil ki” şeirində küsüb gedən sevgisindən söhbət açarkən; Nə çəkirəm axı hardan biləsən, Mənim dərdim sənin dərdin deyil ki. -deyərək öz iradını poeziya dili ilə bildirir. Şairənin ürəyə yatımlı şeirləri sırasında vətən, yurd sevgisi də yer alır. Onun “Məni göydə basdırarsınız” adlı şerində vətən yanğısından söz açılır; “... Düşmən güldü halımıza, işi tarazdı, Məni göydə basdırarsınız, yerdə yer azdı.” Lirik şeirlər müəllifi olan şairə yalnız nəzmə deyil, nəsr əsərlərinə də müraciət edir. Müəllifin “Şahnamə” adlı povesti günün reallıqlarına güzgü tutur, həyatın acı həqiqətlərini yenidən gündəmə gətirir, erməni-Azərbaycan problemlərinə toxunur. Dram əsəri kimi təqdim edinən “Şahnamə” povesti isə oxucuları tərəfindən şeirləri qəbul edilən qədər sevildi. Qeyd etdiyimiz kimi şairə xalqına, el-obasına bağlı insandır. Odur ki, tez-tez ictimai tədbirlərdə iştirak edir, tələbə-şagird görüşlərində sevdikləri ilə üz-üzə, göz-gözə hesabat verir. Belə görüşlərdən biri Cəbrayıl rayonu H. Fətəliyev adına Şahvəlli kənd orta məktəbində keçirildi. Tədbiri məktəbin direktoru yazıçı-şair Sahib Abdullayev açıq elan edərək şairənin yaradıcılığı haqqında geniş məlumat verdi. Daha sonra folklorşünas Şakir Nadiroğlu və publisist -şairə Mətanət Ulu Şirvanlı çıxış edərək Sənəm Səbayelin uğurlu yaradıcılığından söz açdılar. Keçirilən tədbirdə Sənəm Səbayelin yaradıcılığına dərindən nəzər yetirildi, şagirdlər tərəfindən şeirləri səsləndirildi. Yaradıcılıq gecəsində musiqi proqramı da təqdim edildi. Məktəblilər və müəllimlər tərəfindən ünvanlanan müxtəlif səpkili sualları şairə cavablandırdı. Bir çox uğurlara imza atan Sənəm Səbayel dünya pəncərəsindən məhəbbətlə və şeir –bayatı deyə-deyə baxır, duyğuları ilə həyatın dərinliklərinə baş vurur. Həyata sevgisini misralarında bildirir, yazır, yaradır. Beləliklə, xalqına səmimi qəlbdən xidmət edir. İnanıram ki, Sənəm Səbayel hələ bundan belə çox uğurlarına salam deyəcək. Mən də öz növbəmdə “Göylər qızına” uğurlar diləyirəm! Hüseynbala Həsən Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
