Demo Sayt » yazarlar » “Salam, Qoca”


“Salam, Qoca”

17-03-2017, 14:36
Çap et
“Salam, Qoca” Yeni kitab

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin və “Turkiye İlim ve Edebiyyat Eseri Sahibleri Meslek Birliyinin üzvü”, “Ulu Şirvan” qəzetinin təsisçisi və baş redaktoru, “Seyid Əzim Şirvanı Musiqili Ədəbi-Bədii Poeziya Məclisi”nin sədri, , “Qızıl Qələm” media mükafatı laureatı, Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin şöbə müdiri, tanınmış yazıçı-publisist, şairə Mətanət Ulu Şirvanlının “Salam, Qoca” adlı ədəbi-bədii-fəlsəfi esseler kitabı çapdan çıxıb.
Kitabda cərəyan edən hadisələr bədii məziyyətləri, ədəbi-bədii siması ilə şairənin digər kitablarından fərqlənir. Oxucu kütləsi tərəfindən maraqla qarşılanan kitab şairənin oxucularla 10-cu görüşüdür. Sözsüz ki, oxucuları ilə yeni görüş şairəni sevindirmişdir.
Biz də şairənin sevincinə qoşulur, yeni kitabının çapdan çıxması münasibətilə təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.
“Salam, Qoca”
Hüseynbala Həsən
Reytinq: