Demo Sayt » sosial » Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir


Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir

29-05-2018, 11:15
Çap et
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir Bayram günü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım tədbirləri təşkil olunub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təsdiq olunmuş plana əsasən hərbi hissələrdə keçirilən bayram konsertləri, viktorinalar, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Reytinq: