Heqiqet.Az » tehsil » Sumqayıt Dövlət Universiteti böyük uğurlara imza atır


Sumqayıt Dövlət Universiteti böyük uğurlara imza atır

8-06-2018, 15:09
Çap et
Sumqayıt Dövlət Universiteti böyük uğurlara imza atır SDU-da təhsil prioritetləri dövlət dəyərləri kimi səciyyələnir

Təhsil işindəki ictimai ənənəçilik bir sıra ali təhsil ocaqlarında layiqli şəkildə müşayiət edir. Açığı, Sumqayıt Dövlət Universitetində də bu ictimai zəmin dövlət dəyərlərinin başlıca göstəricisi kimi təcəssümünü tapır. İyunun 7-də adıçəkilən universitetdə İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günündə də bu reallığı bir daha əyani şəkildə görə bildik. Həmçinin, şahidi olduq ki, Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı əmr də cəmiyyətin təhsil işindəki inkişafın başlıca məqsədlərindən biridir. Bu əmrdə ali təhsil ocaqlarında yaz semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması və s. kimi mövcud qanunauyğunluğun birbaşa ölkə təhsilinə təkan verəcəyi əldə əsas götürülüb.
Biz Sumqayıt Dövlət Universitetinin təhsiləyanaşma işindəki əzmi və çalışqanlığı məhz bu amillə əlaqələndirə bilərik. Universitet rəhbərliyinin, professor-müəllim heyətinin, tələbə kontingentinin bəhs olunan prioritet addımla bağlı münasibətləri də təhsildəki əyaniliyin dürüst məntiqi kimi diqqət çəkir. Adıçəkilən ali təhsil ocağında hazırda geniş mənada xüsusi rəğbətlə nəzərə çarpan müvəffəqiyyət tempi, uğura təkan verən dinamik səciyyə, tələbələrin nizam-intizamındakı aktivlik, təhsilə münasibət, müəllim-tələbə davranışları və s. hazırkı dəyərlərin ən ali keyfiyyətləridir. Bütün bunları isə biz müstəqil dövlətimizin nailiyyəti hesab etdik və bu ali göstərici qənaətimizi tam mənada təsdiqləmiş oldu.
Universitetdəki müasir təchizat, tələbələrə yaradılmış geniş və sivil şərait, səliqə-səhman, mövcud uğurlarla bağlı keçirilən tədbirlərdə müəllim və professor heyətinin iştirakı, tələbələrə göstərilən xüsusi diqqət və digər təhsil prioritetləri bizi ruhlandıran göstəricilərdən oldu. Bir daha əmin olduq ki, kadr məsuliyyəti müəssisə və təşkilatların yüksəlişinə, uğur və nailiyyət qazanmasına zəmin yaradır. Bu da Azərbaycan təhsilindəki dövlət amilinin yüksək səciyyə kəsb etməsidir.
Yaz imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədilə təhkim olunmuş qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayevin (kimya və biologiya), humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynovun, tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbovun, fizika və elekrtoenergetika fakültələri üzrə, elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədovun, tarix və coğrafiya, filologiya, iqtisadiyyat və idarəetmə, mühəndislik və riyaziyyat fakültələrinin məsul əməkdaşlarının diqqət və sayğısı adıçəkilən universitetdə ümumiyyətlə, nəzarət mexanizminin çox güclü olmasına dəlalət edir. Bu da o anlama gəlir ki, universitetin rektoru professor Elxan Hüseynovun diqqəti dövlət və təhsil amilinə yönəlmiş ictimai təkandır.
SDU-nun Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynovun müşahidəçilərlə görüşündə imtahan prosesinin təşkili və keçirilməsi, obyektivliyin və şəffaflığın təmin olunması və universitetdə təhsilin, tədrisin səviyyəsinin yüksəldilməsi, elmin inkişafı istiqamətində qazanılan müvəffəqiyyətlərin yüksək səviyyədə olması faktları böyük əminliklə diqqətə çatdırıldı və bu prioritetlər təhsildəki örnəklər kimi təlqin edildi. Bildirildi ki, Azərbaycanda elmin, təhsilin tərəqqisi istiqamətində aparılan uğurlu dövlət siyasəti bu gün öz bəhrəsini verməkdədir və bu istiqamətdə ali təhsil ocaqları da öz üzərlər inə düşən işi görürlər.
Biz Sumqayıt Dövlət Universitetində keçirilən “Açıq qapı” günü çərçivəsində imtahan prosesinin təşkilindən və keçirilməsindən razı qaldıq. Və bir daha əmin olduq ki, universitetin rektoru, professor Elxan Hüseynov bundan sonra da qarşıda duran təhsil məsələlərinə çox ciddi yanaşacaq.

İlkin Əzizxanoğlu

Sumqayıt Dövlət Universiteti böyük uğurlara imza atırSumqayıt Dövlət Universiteti böyük uğurlara imza atırSumqayıt Dövlət Universiteti böyük uğurlara imza atırSumqayıt Dövlət Universiteti böyük uğurlara imza atırSumqayıt Dövlət Universiteti böyük uğurlara imza atır
Reytinq: