Heqiqet.Az » hadise » Bakıda dəhşətli hadisədə ölən 3 nəfərin şəxsiyyəti müəyyənləşdi


Bakıda dəhşətli hadisədə ölən 3 nəfərin şəxsiyyəti müəyyənləşdi

12-06-2018, 12:10
Çap et
Bakıda dəhşətli hadisədə ölən 3 nəfərin şəxsiyyəti müəyyənləşdi Bakı şəhərinin Qaradağ rayonunda baş vermiş dəhşətli qəzada ölən 3 nəfərin şəxsiyyəti müəyyənləşib. Bu gün saat 06:10-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən yolun 5-ci kilometrliyində "Vaz 2106" markalı, 90 FO 643 dövlət qeydiyyat nişanlı minik avtomobilinin 50 DF 025 nömrəli "KamAZ"la toqquşması nəticəsində avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlu ilə yanaşı, sərnişinləri, 1987-ci il təvəllüdlü İsmayılova Gülnaz Zabir qızı və onun oğlu, 2014-cü ildə anadan olmuş İsmayılov Mustafa Saleh oğlu hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
11:02
Bakı şəhərinin Qaradağ rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Bu gün saat 06:10-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən yolun 5-ci kilometrliyində "Vaz 2106" markalı, 90 FO 643 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 50 DF 025 nömrəli "KamAZ" toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər hadisə yerindəcə keçinib.
Onların bir ailənin üzvü olduğu bildirilir.
Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
***
10:52
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub. FHN-nin verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Reytinq: