Heqiqet.Az » yazarlar » Jurnalist Camal Qaçıqçının qətli cinayəti üzrə məhkəmə başlayır


Jurnalist Camal Qaçıqçının qətli cinayəti üzrə məhkəmə başlayır

3-01-2019, 16:02
Çap et
Jurnalist Camal Qaçıqçının qətli cinayəti üzrə məhkəmə başlayır Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Qaçıqçının qətlə yetirilməsilə bağlı Ər- Riyad Cinayət Məhkəməsində ilk dinləmələrin keçiriləcəyini bildirib.
"Əl Ərəbiyyə” telekanalı xəbər verir ki, ilk iclasda jurnalistin qətlində iştirak etməkdə ittiham edilən 11 nəfər məhkəmə qarşısına çıxarılacaq. Onlardan 5-i üçün prokurorluq tərəfindən edam cəzası tələb olunur.
Həmçinin Türkiyə məhkəmə orqanlarına bu məsələyə dair mövcud dəlil-sübutları təqdim etmələri barədə sorğu göndərdikləri, lakin cavab ala bilmədikləri də qeyd olunur.
Jurnalistin qətlində əli olan bəzi şəxslərə dair istintaq hərəkətlərinin davam etdiyi də diqqətə çatdırılıb.
Reytinq: