Millimiz tarixi oyuna çıxır9-01-2019, 11:12
Çap et Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda görüşdə İsveçin qonağı olacaq. G qrupunda VI tur qarşılaşmasından öncə Azərbaycan millisi 8 xalla 2-ci, İsveç isə 5 xalla 3-cü pillədə qərarlaşıb. Qaydalara əsasən, 7 qrup üzrə ilk pillələrin sahibləri ilə yanaşı, ikinci pilləni tutanlardan 5 ən yaxşısı final mərhələsinə birbaşa vəsiqə qazanırlar. Hazırda Azərbaycan ən yaxşı ikincilər siyahısında 6-cıdır. İsveç son turda Azərbaycana 3:0 və ya 3:1 hesabı ilə qalib gəlsə, xallar bərabərləşəcək. Bu halda ilk növbədə, qələbə sayı əsas götürüləcək. Hazırda Cəlalovun komandasının 3, skandinaviyalıların 1 qələbəsi var. Bu isə o deməkdir ki, son tur İsveç üçün formal xarakter daşıyacaq. Azərbaycan isə 2:3 hesabı ilə uduzsa belə, mərhələ adlaya bilər. Bunun üçün ikincilər siyahısındakı 5 komanda - Makedoniya, Finlandiya, Monteneqro, Avstriya (hamısı 5 xal) və İsrail (4 xal) yığmalarından biri öz qruplarındakı son tur qarşılaşmalarında xal itirməlidirlər. Azərbaycan final mərhələsinə vəsiqə qazansa, bu, kişilərdən ibarət yığma üçün tarixdə ilk olacaq. Avropa çempionatı, seçmə mərhələ G qrupu, VI tur 20:00. İsveç - Azərbaycan Hakimlər: Roberto Boris (İtaliya), İqor Porvaznik (Slovakiya) Stokholm, "Eriksdalshallen" voleybol salonu Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
