“Volvo” şirkəti 167 min avtomobilini geri çağırır8-02-2019, 10:49
Çap et İsveç KİV-lərinin yazdığına görə, "Volvo” bunu motor bölməsində yanacağın sızması ehtimalını aradan qaldırmaq üçün 219 avtomobilini geri çağırandan iki həftə sonra bildirib. Şirkət yeni geriçağırma çərçivəsində arxa qapısında elektrik ötürücüsü olan avtomobillərdə nasaz komponentin hətta travmalara gətirib çıxaracağı barədə 2018-2019-cu illərin buraxılışı olan XC60 sahiblərini məlumatlandırıb. Bununla belə, şirkətdən bildiriblər ki, hələlik onlara ciddi travmalar barədə heç bir məlumat daxil olmayıb. Bu, gələcəkdə hər hansı problemin qarşısını almaq üçün xəbərdaredici addımdır. Avtomobil sahibləri öz dilerləri ilə əlaqə saxlamaq göstərişi ilə məktub alandan sonra zay detalların əvəzlənməsi işləri pulsuz yerinə yetiriləcək. Çinin "Geely” şirkəti 2010-cu ildə "Volvo”nu "Ford” konsernindən alandan sonra "Volco Cars” sanballı uğurlar qazanıb. Hazırda İsveç avtokonserni diqqətini avtonom nəqliyyat vasitələrinin, habelə elektrik və hibrid mühərriklərinin işlənib hazırlanması üzərində cəmləşdirməyə başlayıb. 2018-ci ildə "Volvo” şirkətin bütün tarixi ərzində rekord satışların qeydə alındığını açıqlayıb. Həmin dövrdə 643 min 253 avtomobil satılıb. Şirkət elan edib ki, 2019-cu ildən başlayaraq sırf elektrik və hibrid avtomobilləri istehsal edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
