Heqiqet.Az » yazarlar » Feyk xəbərlər yayanlara qarşı cərimələrin məbləği 20 dəfə artıb


Feyk xəbərlər yayanlara qarşı cərimələrin məbləği 20 dəfə artıb

7-03-2019, 17:55
Çap et
Feyk xəbərlər yayanlara qarşı cərimələrin məbləği 20 dəfə artıb Rusiya Dövlət Duması feyk xəbərlər yayanlara qarşı cərimələrin məbləğini 20 dəfə artırıb.
Dövlət Duması ictimai əhəmiyyətli yalan məlumatların yayılmasına görə məsuliyyət nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda qəbul edib. Deputatlar Rusiya İnzibati Cəzalar Məcəlləsinin “Kütləvi informasiya azadlığından sui istifadə etmə” bəndinə düzəlişləri təsdiqləyiblər.
İkinci oxunuşda deputatlar KİV-lərdə və internetdə bilərəkdən saxta məlumatlar yayanlara qarşı cərimələrin məbləğini artırıblar. Qanun layihəsinə görə, saxta məlumat yayan vətəndaşlar 30 min rubldan 100 min rubladək, vəzifəli şəxslər 60 min rubldan 200 min rubladək, hüquqi şəxslər 200 min rubldan 500 min rubladək məbləğlərində cərimə oluna bilərlər.
Bundan əlavə, feyk xəbər yaymaqla həyati vacib təşkilatların, o cümlədən nəqliyyatın və ya sosial infrastrukturun, rabitə, energetika, sənaye müəssisələrinin və digər təşkilatların işinə mane olan feyk xəbərlər, habelə insan tələfatına, sağlamlığa və əmlaka ziyan dəyməsinə, ictimai asayişin kütləvi şəkildə pozulmasına səbəb olan saxta xəbər yayılmasına görə cərimələrin məbləği artırılıb.
Reytinq: