Heqiqet.Az » idman » “Mançester Siti” klubu “Şalke”nin qapısından 7 cavabsız top keçirib


“Mançester Siti” klubu “Şalke”nin qapısından 7 cavabsız top keçirib

13-03-2019, 10:47
Çap et
“Mançester Siti” klubu “Şalke”nin qapısından 7 cavabsız top keçirib Martın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.
"Ettihad” stadionunda baş tutan görüşdə İngiltərənin "Mançester Siti” klubu doğma azarkeşlər önündə Almaniyanın "Şalke” komandasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 7:0.
Pep Qvardiolanın yetirmələrindən Serxio Aqüera (35, 38), Leroy Sane (42), Rahim Sterlinq (56), Bernardo Silva (71), Fil Foden (78) və Qabriel Xesus (84) fərqləniblər.
Səfərdə də 3:2 hesabı ilə qalib gələn ingilislər iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasının dörddəbir finalına vəsiqə qazanıb.
Reytinq: