UEFA Avropa Liqasının son iki dörddəbir finalçısı məlum olub - SİYAHI15-03-2019, 10:38
Çap et Növbəti mərhələyə son iki vəsiqənin sahibi əlavə vaxtda müəyyənləşib. İlk görüşdə İspaniyada "Slaviya” ilə 2:2 hesablı heç-heçə etmiş "Sevilya” eyni nəticəni Çexiyadakı görüşün əsas vaxtında da göstərib. Uzatma dəqiqələrində isə "Slaviya” 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin qələbə topu119-cu dəqiqədə İbrahim-Benjamin Traore tərəfindən vurulub. Beləliklə, UEFA Avropa Liqasının 5 qat qalibi "Sevilya” mübarizəni səkkizdəbir finalda dayandırmalı olub. "Slaviya” isə gecənin sensasiyasını gerçəkləşdirib. "Benfika” Xorvatiyanın paytaxtı Zaqrebdə 0:1 hesabı ilə uduzduğu "Dinamo”nu Portuqaliyada əsas vaxtda 1 qolla məğlub edib. Əlavə vaxtda isə Lissabon komandası daha 2 qol vuraraq, adını növbəti mərhələyə yazdırıb. Beləliklə, dörddəbir finala bu komandalar yüksəliblər: "Ayntraxt” (Almaniya); "Arsenal” (İngiltərə); "Valensiya” (İspaniya); "Benfika” (Portuqaliya); "Çelsi” (İngiltərə); "Vilyarreal” (İspaniya); "Napoli” (İtaliya); "Slaviya” (Çexiya). Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
