Heqiqet.Az » siyaset » Müdafiə naziri Moskvaya getdi


Müdafiə naziri Moskvaya getdi

2-08-2019, 20:58
Çap et
Müdafiə naziri Moskvaya getdi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 2-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Müdafiə naziri avqustun 3-də “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və “Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.
Reytinq: