Heqiqet.Az » hadise » Bakıda ər arvadına 14, baldızına isə 5 bıçaq zərbəsi vurub


Bakıda ər arvadına 14, baldızına isə 5 bıçaq zərbəsi vurub

3-09-2019, 10:57
Çap et
Bakıda ər arvadına 14, baldızına isə 5 bıçaq zərbəsi vurub Səhiyyə Nazirliyi ötən gecə Bakıda baş verən bıçaqlanmada yaralanan şəxslərin vəziyyəti ilə bağlı açıqlama yayıb.
Nazirlikdən verilən məlumata görə, gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşiı Roza Mahmudova Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Xəstələrə lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.

23:04

Binəqədi rayonunda ailə münaqişəsi zəmnində bıçaqlanma hadisəsi baş verib.
Hadisə Binəqədi şossesi, döngə 4 ünvanında baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızı yoldaşı İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu tərəfindən bıçaqlanıb. R.Mahmudova 14 bıçaq xəsarəti alıb.
Daha sonra S.Quliyev baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına beş bıçaq zərbəsi vurub. Hadisəni törədən S.Quliyev ərazidən qaçıb.
Yaralılar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Həkimlərin APA-ya verdiyi məlumata görə, Ruhəngiz Mahmudova çoxlu qan itirib və onun vəziyyəti ağırdır.
Hazırda Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.
Reytinq: