» » Yoldan tapdığı pulqabı azərbaycanlının başına iş açdı


Yoldan tapdığı pulqabı azərbaycanlının başına iş açdı

28-11-2019, 09:47
Çap et
Yoldan tapdığı pulqabı azərbaycanlının başına iş açdı Rusiyanın Novqorod şəhərində azərbaycanlı yerdən pulqabı tapıb.
Pulqabının içərisində 1,5 min rubl (39.9 AZN) və bank kartları olub.
Rza 1000 rubldan (26.6 AZN) artıq mal alarsa, pin kodu bilməyə ehtiyac olmadığını bildiyi üçün fərqli mağazalardan 3.600 (95.76 AZN) rubldan çox alış-veriş edib.
Növbəti gün 41 yaşlı Rza yenə fərqli mağazalardan 2,6 min rubl (69.16 AZN) alış-veriş edəndən sonra bu hadisəni qeyd etmək üçün Novqorod kafelərindən birinə gedib, lakin oradan ac qayıdıb.
Çünki bu müddət ərzində kart sahibi kartı bloklayıb və polisə müraciət edib.
Məhkəmə prosesində bəlli olub ki, Rza istintaq prosesi zamanı kart sahibini tapıb, xərclədiyi pulu qaytarıb və ondan üzr istəyib.
Buna görə zərərçəkən hakimdən cinayət işinə xitam verilməsini istəyib.
Məhkəmə cinayətin orta ağır olduğunu, Rzanın daha əvvəl məhkum olunmadığını, vurduğu ziyanı ödədiyini və himayəsində iki uşağın olduğunu nəzərə alaraq tələbi qəbul edib.
Məhkəmə qərarına əsasən, Rza sərbəst buraxılıb, məhkəmə xərcləri isə federal büdcə hesabına ödənilib.
Reytinq: