Dopinq qalmaqalı azərbaycanlı atleti London Olimpiadasında bir pillə yüksəltdi10-07-2020, 03:41
Çap et Antidopinq qaydalarını pozan türkiyəli atletin London-2012 Yay Olimpiya Oyunlarındakı nəticələri ləğv edilib. 69 kq çəki dərəcəsində çıxış edən idmançı Böyük Britaniya paytaxtında 6-cı yeri tutub. Onun orqanizmində stenazalol aşkarlanıb. Nəticəsi ləğv olunan idmançıya təqdim olunan diplomun geri qaytarılması barədə Türkiyə Olimpiya Komitəsinə müraciət ünvanlanıb. BOK Binayla bağlı gələcək qərarları verməyi Beynəlxalq Ağır Atletika Federasiyasına (İWF) həvalə edib. Türkiyəlinin nəticəsinin ləğvi London-2012-də bu çəkidə çıxış etmiş Azərbaycan idmançısı Sərdar Həsənovun da göstəricisinə təsir edib. Olimpiadada 8-ci yeri tutan atletimiz 7-ci yerə yüksəlib. Qeyd edək ki, Binay 2010-cu ildə dünya və Avropa çempionu adını qazanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
