Azərbaycanın 2 lisenziyası ləğv olundu23-06-2016, 14:05
Çap et Azərbaycan ağırlıqqaldıranları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazanılan 2 lisenziyadan məhrum edilib. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) Tbilisidə ötən gün baş tutan toplantısında dopinq qalmaqallarını müzakirə edərək mühüm qərarlar verilib. Boyanka Kostova dopinqdən istifadə etdiyinə görə Rio Olimpiadasına getməyəcək Olimpiadaya hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən Azərbaycanın ağırlıqqaldıran yığmasının 2 lisenziyası (1 kişi, 1 qadın atlet) geri alınıb. Milli komandamız "Rio-2016"da cəmi 3 kişi atletlə mübarizə aparacaq. Ötən həftə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) 10 idmançını yarışdan kənarlaşdırıb. Siyahıda Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova da var. Boyanka Kostova "London-2012"də 5-ci yerdə qərarlaşıb. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur. Bir müddət əvvəl Gənclər və İdman Nazirliyi Azərbaycanın 6 ağırlıqqaldıranının dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılması ilə bağlı açıqlama yayıb. 6 ağırlıqqaldıranımız (Əliquluzadə Elxan, Anqelova Silviya, Quliyev Firidun, Xristov Valentin, Zairov İntiqamın hər biri 8 və Dadaşbəyli Dadaş 4 il) dopinqdən istifadə etdiklərinə görə diskvalifikasiya olunublar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Boyanka Kostova "London-2012"də 5-ci yerdə qərarlaşıb. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur.