İdmançımıza Olimpiya medalı qismət olmadı13-01-2017, 10:11
Çap et Beynəlxalq Olimpiya Komitəsi 94 kq çəki dərəcəsində çıxış etmiş idmançını cəzalandırıb. Buna səbəb kimi onun "London-2012"-dəki dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. İdmançının dehidroxlormetiltestosterondan (turinabol) yararlandığı üzə çıxıb. Zairov Olimpiadada tutduğu 6-cı yerdən və buna görə aldığı diplomdan məhrum edilib. Qeyd edək ki, İntiqam Zairovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı dopinq-testinin təkrar analizi də müsbət nəticə verib. Eyni zamanda Zairov 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilmədiyi üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. "London-2012"də də eyni halla üzləşməsi Zairovun ömürlük ağırlıqqaldırma yarışlarından uzaqlaşdırılacağı anlamına gəlir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
